Region Xəbərləri 

MƏKTƏBDƏ NOVRUZ TƏRAVƏTİ+FOTOLAR

Elimizə-obamıza bahar gəlir! Qaranquş müjdəli, xoş ovqatlı, çiçək ətirli, xonçalı Novruz Azərbaycan xalqının bayramlarının şahı sayılır. Çünki Novruz bayramı Azərbaycan xalqının gələcəyə inam hissini, ürəkaçıqlığını, qonaqsevərliyini, ünsiyyət, mehribançılıq və dostluq duyğularını özündə əks etdirir. Qeyd edək kiNovruz bayramı həm də şən gülüşlər, humanist ideyalar bayramı kimi qiymətləndirilir. Bayramın gəlişi Azərbaycanın hər bir yerində olduğu kimiBərdə rayonunda yerləşən təhsil müəssisəsindədə də böyük sevinc  maraq hissi ilə qarşılanır.

Bərdə rayon A.Süleymanov adına Şorəli kənd tam orta məktəbində milli bayram Novruz bayramı və İlaxır çərşənbə münasibəti ilə tədbir keçirilib.Tədbirdə milli adət-ənənələr yad edilib,şagirdlərin əl işlərindən ibarət sərgi təşkil olunub.

İlaxır çərşənbə ərəfəsində A.Süleymanov adına Şorəli kənd tam orta məktəbində bayram abu-havası xüsusilə hiss olunurdu.Şagirdlər sevinc və həyəcanla şənliklər keçirdilər, elimizə-obamıza qədəm qoyan Novruzu xoş qarşıladılar. Tədbirdə şagirdlər Novruzla bağlı müxtəlif səhnəciklər göstərdilər, mahnılar, rəqslər ifa etdilər və bahara, Novruz bayramına həsr olunan şeirlər söylədilər.Tədbirdə məktəbin direktoru Gülnarə Əliyeva, müəllim və şagird kollektivi iştirak etdi. Sonda G.Əliyeva tədbirin  hazırlanmasında əməyi keçən hər kəsə, o cümlədən iştirakçılara dərin təşəkkürünü bildirdi, onlara bayram təbriklərini çatdırdı.

Daha çox xəbərlər