Əri ölən qadın yad kişilərlə əyləndi, bunları görən qaynı oğlu isə… – Hacıqabulda şok
Hacıqabul rayonunda 1987-ci il təvəllüdlü Mehdi qısqanclıq zəminində əmisi arvadı, 1986-cı il təvəllüdlü Naziləni (adlar şərti verilib – red.) qətlə yetirib.
ARANTV.AZ Teleqraf.com-a istinadən bildirir ki, Mehdi əmisi arvadının əxlaqsızlıqla məşğul olduğunu güman edib və onu öldürmək qərarına gəlib. Bu məqsədlə 31 mart 2021-ci ildə gecə saat 1 radələrində yüngül alkoqol sərxoşluğu vəziyyətində evdən götürdüyü bıçaqla Nazilənin yaşadığı evə yollanıb.
Nazilənin qaldığı otağa daxil olub, sağ qolu tərəfdə köynəyinin altında saxladığı bıçağı çıxarıb və azyaşlı oğlunun gözləri qarşısında ona 26 bıçaq zərbəsi vurub. Qadın aldığı bıçaq xəsarətlərindən hadisə yerində vəfat edib.
İstintaq orqanı tərəfindən Mehdinin barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya təhlükəli üsualla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
“Əl-ələ tutaraq gəzdiyini görmüşəm”
Cinayət işi üzrə məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Mehdi elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib.
O bildirib ki, əvvəllər rəsmi qaydada evli olub, sonradan arvadı ilə boşansalar da, bir yerdə yaşamağa davam ediblər, himayəsində iki azyaşlı uşağı var: “Nazilə xeyli əvvəl vəfat etmiş əmim Xalidin ikinci arvadı olub. Onun tanımadığım kişlərlə görüşdüyü, pozğun həyat tərzi keçirdiyini eşitmişəm.
Hətta bir dəfə Şirvan şəhərində Nazilənin bir nəfər kişi ilə əl-ələ tutaraq gəzdiyini də görmüşəm. Onun hərəkətləri mənə pis təsir edib. Dəfələrlə onunla danışaraq belə hərəkətlərdən çəkinməsini, yad kişilərlə görüşməməsini məsləhət görnüşəm, pozğun həyat tərzinin uşaqlara, əsasən də qızlarına pis təsir etdiyini demişəm”.
“Gecələr ona zəng vururdum ki…”
Təqsirləndirilən şəxs qeyd edib ki, bu səbəbdən Nazilə ilə aralarında bir neçə dəfə mübahisə olub: “Ancaq o, pozğun hərəkətlərini davam etdirdi. Naziləyə pozğun hərəkətlərini davam etdirsə, onu öldürəcəyimi də bildirmişəm. O isə “özüm bilərəm, sən kimsən, mənim işimə qarışasan” deyib.
Nazilənin hərəkətlərini nəzarətdə saxlamaq məqsədi ilə dəfələrlə gecə saat 2-3 radələrində yoxlamaq üçün ona zəng edərkən nömrəsinin məşğul olduğunu görmüşəm. Onun yad kişilərlə danışdığını düşünmüşəm.
Bəzi hallarda işlə əlaqədar uzaqda olduğum üçün ona nəzarət edə bilməmişəm”.
“Əməllərindən əl çəkməyəcəyini düşündüm”
Təqsirləndirilən şəxs qeyd edib ki, bibisi oğlu Bəşirlə danışanda Nazilənin yenə təkbaşına Bakı şəhərinə getdiyindən xəbər tutub.
Mehdi deyib ki, sonuncu dəfə martın 30-da axşam saatlarında Nazilənin yaşadığı evə gedib və onu kənara çağırıb: “Ona pozğun hərəkətlərinə son qoymasını, qızlarına düzgün tərbiyə verməyi bildirmişəm. Nazilə isə onun işinə qarışmamağımı istəyib”.
Bu danışıqdan Nazilənin pozğun əməllərindən əl çəkməyəcəyini düşündüm. Onu öldürməklə bu işə, yəni Nazilənin pozğun hərəkətlərinə son qoymaq qərarına gəldim”.
Mehdi bildirib ki, həmin gün gecə saatlarında bibisi oğlu Xalidə zəng edib və yeyib-içmək istədiyini deyib: “Xaliddən evdə təndir çörəyi olub-olmadığını soruşdum. O da var dedi. Xalidgildən çörəyi götürüb kafeyə getdim. Naziləni öldürəcəyimi planlaşdırdığım üçün təkbaşına oturaraq yeyib-içdim, təxminən 750 qram araq içdim. Sonra bir az da narkotik qəbul etdim”.
“Azyaşlını otaqdan çıxardım”
Mehdinin ifadəsinə görə, kafedən çıxıb və yaşadığı evə yollanıb: “Mətbəxdən bıçaq götürüb evdən çıxdım. Gecə saat 1 radələrində Nazilənin evinə getdim. Onun qaldığı otağa daxil oldum. Azyaşlı oğlu ilə birlikdə idi. Azyaşlını otaqdan çıxardım. Naziləyə yaxınlaşaraq ona bıçaqla vurmağa başladım. Bədəninin müxtəlif nahiyələrinə vururdum. Ona neçə bıçaq zərbəsi vurmağımı bilməmişəm.
Həmin vaxt sərxoş olduğum üçün Nazilə ilə aramızda olan danışığı, biri-birimizə nə desiyimizi xatırlamıram.
Bıçaq vurarkən Nazilə əllərini qabağa uzadaraq özünü müdafiə etdi. Buna baxmayaraq əl saxlamadım. Bu zaman oğlu otaqda deyildi, hadisə yerində otaqda ikimiz olmuşuq.
Nazilə döşəməyə yıxılandan sonra oğlu otağa daxil oldu. Bıçağı döşəməyə ataraq otaqdan, sonra da evdən getdim. Öz evimə çatandan az sonra polis əməkdaşları gəldi”.
“Əxlaqsız qadını öldürdüyüm üçün peşman deyiləm”
Mehdinin istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmədəki ifadəsi fərqli olub.
O, istintaqa ifadəsində göstərib ki, əmisi arvadı Naziləni azyaşlı oğlunun gözləri qarşısında vurub: “Məqsədim əxlaqsızlığına görə Naziləni öldürmək olduğu üçün azyaşlı oğlunun gözləri qarşısında olsa da, ona bıçaqla zərbələr endirməyə davam etmişəm. Onun qarın, əl və ayaq nahiyələrinə zərbələr endidim. Özünü müdafiə etmək üçün əllərini sipər etsə də, xəsarət yetirməkdə davam etdim.
Bıçaqla surətlə zərbələr endirdiyimdən və həmin vaxt sərxoş olduğumdan zərbələri dəqiq, ardıcıl olaraq bədəninin hansı nahiyələrinə yetirdiyimi xatırlamıram.
Yataqda Naizlənin üstünə çıxaraq sol əlimlə onu tutub, sağ əlimdəki bıçaqla hər tərəfinə xəsarət yetirdim.
Bıçaqla zərbə vurduğum zaman Nazilə bəzən əlləri ilə üzünü və bədənini tuturdu. Bəzən kürəyi üstə dönərək məndən yaxa qurtarmağa çalışırdı. Lakin onu buraxmadım, kürək və yan tərəflərinə də bir neçə xəsarət yetirdim.
Xəsarətləri yetirdiyim anda əsasən Nazilə ilə üz-üzə dayanmış vəziyyətdə olmuşam. Ona xatırlamadığım sayda bıçaqla zərbələr endirmişəm.
Nazilə yataqdan döşəməyə yıxıldıqda onun öldüyünü düşündüm, bıçağı yerə ataraq otaqdan çıxdım.
Niyyətim Naziləni öldürmək idi. Bu niyyətimi başa çatdırmaq üçün ona bıçaqla xəsarətlərə davam etmişəm. Əxlaqsız qadını öldürdüyüm üçün əməlimdən peşman deyiləm”.
17 il 6 ay cəza…
Bu cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılıb. Mehdi 17 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Hökmdən narazı qalan Mehdi apellyasiya şikayəti verib. Qeyd edib ki, birinci instansiya məhkəməsi lazımı qədər araşdırma aparmadan qərar qəbul edib və hökm çıxarıb:
“Hadisənin baş vermə mexanizminə düzgün hüquqi qiymət verməyərək, mənim dəfələrlə Naziləni bu yoldan çəkinməsini, milli və cəmiyyətimizə xas olan yaşayış tərzi tutmasına çağırışımı nəzərə almayıb. Eyni zamanda onun və mənim azyaşlı övladlarımızın gözü qarşısında əxlaqsız hərəkətlərin uşaqların gələcək həyatına pis nəticə vuracağını bildirmişəm.
Sübutların olmasına baxmayaraq məhkəmə barəmdə ağır cəza təyin edib. Himayəmdə 2 azyaşlı övladım var. Yaşlı və xəstə anam da mənim himayəmdədir. Məndən başqa qazanc gətirən yoxdur. Məhkəmənin hökmünün ləğv edilməsini, işimin ibtidai istintaqa qaytarılmasını xahiş edirəm”.
Bu şikayət araşdırılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilib. Apellyasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib.
Mehdinin apellyasiya şikayəti təmin edilməyib.