Region Xəbərləri 

Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Bərdə nümayəndəliyinin tərəfdaşlığı ilə 9 mart, 2023-cü il tarixində gənclər arasında “Qəhrəmanlarımızı tanıyaq” layihəsinin sonuncu müsabiqsi (rəsm) keçirilib.

Layihənin məqsədi vətənpərvərliyin təşviqi və gənclər arasında Vətən müharibəsi qəhrəmanlarını tanıtmaqdır.

Saat 11:00-da başlayan müsabiqə Bərdə Dövlət Rəsm Qaleriyasında baş tutmuşdur.

Rəsm müsabiqəsinin münsiflər heyətini təşkil edən Bərdə Dövlət Rəsm Qaleriyasının direktoru Saidə Yusibova, qaleriyanın bərpaçı rəssamı Bayram Bayramov və layihədə tərəfdaş olan Gənclərin İnkişaf və Karyera Mərkəzinin direktoru Orxan Fəxrəddinov müsabiqənin əvvəlində çıxış edərək iştirakçılara uğurlar arzu etmişdir.

Daha sonra layihə rəhbəri Fidan Fərzəliyeva müsabiqənin qaydaları haqqında iştirakçılara ətraflı məlumat verdikdən sonra müsabiqə açıq elan edilmişdir. Rəsmlərin çəkilməsi üçün iştirakçılara A3 vərəqləri paylanılmışdır. Bərdə rayonunda yerləşən 9 təhsil müəssisəsindən seçilmiş 30 iştirakçı arasında 2 saat müddətində davam edən rəsm müsabiqəsinin nəticəsində yaradıcılıq işləri münsiflər tərəfindən dəyərləndirilmişdir.

Məlumat üçün qeyd edək ki, layihə Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən elan edilmiş “İdeyanı Reallaşdır – 2022” qrant müsabiqəsinin qalibidir.

ARANTV.AZ

Nilufər Əliyeva

Daha çox xəbərlər