Bütün siyasi qüvvələr üçün bir amal toxunulmaz olmalıdır – müstəqilliyimiz, dövlətçiliyimiz və dövlətin maraqlarımız
Azərbaycanda siyasi dialoqun başlanması və müxalifət partiyaları tərəfindən buna müsbət reaksiya verilməsi müstəqillik dövründə tam yeni vəziyyətin yaradılmasına gətirib çıxarıb. Prezident İlham Əliyevin də söylədiyi kimi, bütün siyasi qüvvələr üçün bir amal, bir məsələ toxunulmaz olmalıdır, bu da bizim müstəqilliyimiz, dövlətçiliyimiz və dövlətin maraqlarıdır.
“Siyasi partiyalar haqqında” yeni Qanun isə siyasi proseslərdə iştirak edən tərəflər arasında güclərin balansına xidmət edir. Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94 – cü maddəsinin I hissəsinin 1-ci və 10-cu bəndlərinə uyğun olaraq, siyasi partiyanın təsis edilməsi,dövlət qeydiyyatı,fəaliyyətinin yoxlanılması,dayandırılması və bərpası,ləğvi qaydasını,həmçinin siyasi partiyanın fəaliyyətinin təşkili,üzvlük və maddi təminat məsələlərini müəyyən edir.
Milli Məclisin tarixində ilk dəfə olaraq komitə iclasına çıxarılmazdan əvvəl Qanun layihəsi rəy və təkliflərin bildirilməsi üçün Mili Məclisin saytında yerləşdirilib. Siyasi partiyalardan daxil olan təkliflər də nəzərə alınmaqla hazırlanan qanun layihəsi bir neçə dəfə ictimai dinləmələrə çıxarılıb. Sənədin ictimai əhəmiyyəti nəzərə alınaraq, Qanun layihəsi ilə bağlı siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının, politoloqların və media nümayəndələrinin iştirakı ilə 2 ictimai dinləmə keçirilib. Keçirilən dinləmələr zamanı da qanun layihəsinin təkmilləşdirilməsi istiqamətində irəli sürülən rəy və təkliflərə xüsusi diqqət yetirilib. Beləliklə, ölkənin siyasi tarixində ilk dəfə yeni Qanunun hazırlanması prosesinə siyasi münasibətlərin bütün iştirakçı tərəfləri cəlb olunub.
Ümumiyyətlə, Azərbaycanda Prezident İlham Əliyevin təşəbbüsü ilə siyasi dialoq mühitinin inkişaf etdirməsi siyasi proseslərdə iştirak edən bütün tərəflərin açıq və bərabərhüquqlu münasibətlərə dəvət olunması deməkdir.Təşviq olunan siyasi dialoq mühiti siyasi partiyaları cəmiyyətə daha yaxın edir.
Nəzərə alsaq ki, siyasətdə dialoq mühiti demokratik dəyər kimi qəbul olunur, bu mənada Azərbaycanın çox uğurlu təcrübəyə malik olduğunu söyləmək olar. Təcrübə göstərir ki, dialoq mədəniyyəti əsasında qurulan dövlət və cəmiyyətin qarşılıqlı əlaqəsi güclü dövlətin inkişafına şərait yaradır.
Qeyd edilməlidir ki, “Siyasi partiyalar haqqında” yeni Qanunun hazırlanması və qüvvəyə minməsi faktı təkcə formalaşan yeni siyasi konfiqurasiyasının təzahürü deyil. Yeni Qanun, eyni zamanda siyasi dialoqu atributiv müstəvidən konstruktiv əməkdaşlıq müstəviyə çıxardan ali siyasi iradənin təzahürüdür.
Siyasətdə dialoq mühiti demokratik dəyər kimi qiymətləndirilməlidir.
Siyasətdə etibarlı və davamlı münasibətlər mühitini təmin edən əsas amillərdən biri də dialoq prinsiplərinin bərqərar olunmasıdır. Prezident İlham Əliyevin təşəbbüsü ilə reallaşan islahatların prinsipial istiqamətlərindən biri siyasətdə peşəkar və demokratik münasibətlərin bərqərar olunmasından ibarətdir. Bu mənada siyasi dialoqun şaxələnməsi və iştirakçı tərəflərin sayının artırılması gözləniləndir. Ümummilli maraqlar və dövlətin rifahı naminə ölkədə dialoq mühitinin dəstəklənməsi strateji əhəmiyyətə malikdir.
Ölkə başçısı İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində müşavirə zamanı çıxışında qeyd edib ki, “Müxalifət nümayəndələri bəzən iqtidar nümayəndələrinin görmədiyi qüsurları görürlər, onları dilə gətirirlər, onları diqqətə çatdırırlar və bu, çox müsbət haldır. Ancaq, eyni zamanda, bir daha demək istəyirəm ki, bütün siyasi qüvvələr üçün bir amal, bir məsələ toxunulmaz olmalıdır, bu da bizim müstəqilliyimiz, dövlətçiliyimiz və dövlət maraqlarıdır.”, “Hesab edirəm ki, hakimiyyət tərəfindən atılan addımlar, siyasi dialoqun başlanması və müxalifət partiyaları tərəfindən buna müsbət reaksiya verilməsi müstəqillik dövründə tam yeni vəziyyətin yaradılmasına gətirib çıxarır.”
Son zamanlar iqtidarın şahidi olduğumuz dialoq təşəbbüsləri siyasi proseslərdə iştirak edən tərəflər arasında sağlam münasibətlərin bərqərar olunmasına xidmət edir. Bu mənada heç də təsadüfi deyil ki, Azərbaycanda milli və siyasi həmrəyliyin inkişafı ilə bağlı fərqli təşəbbüslərin artım dinamikası müşahidə olunur. Siyasi dialoq mühitinin təşviqi, eləcə də konkret məsələlərin, o cümlədən qanun layihələrinin, sosial problemlərin, siyasi və digər təzahürlərin müxalifət nümayəndələri ilə birgə müzakirə edilməsi artıq ölkəmizin siyasi reallığının ayrılmaz xüsusiyyətlərindəndir.
Siyasi dialoqu, onun əhəmiyyətini bir çox partiya rəhbərləri də qeyd edərək, Ölkədə milli dövlətçiliyik və demokratik ənənələrin inkişafı, habelə sağlam dialoq mühitinin dəstəklənməsi naminə irəli sürülən təşəbbüslərdə hər zaman iştirak etməyə hazır olduqlarını bildirirlər.
Sevinc Rəhmanova,
YAP Xətai rayon təşkilatının “Mehmandarov 86” ünvanı üzrı ərazi partiya təşkilatının üzvü

