Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Vətəndaş cəmiyyətinin dinc antiterror əməliyyatı – separatçıların nəfəsliyi də qalmayıb…

By Vüsal Rafiqoğlu
04.04.2023 3 Min Read

Ekofəalların 114 gündür ki, davam etdirdiyi etirazlar Araikin başıpozuq dəstəsinin əl-qolunu bağlayıb, Ordumuzun torpaq yolları nəzarətə götürməsində aktivistlərin də əməyi var – aksiya məqsədinə çatıb!

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının, xüsusilə “Qızılbulaq” qızıl və “Dəmirli” mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq ekofəallar və QHT təmsilçiləri Şuşa şəhərində – Laçın-Xankəndi yolunda aksiyanı davam etdirir. 114 gündür ki, vətəndaş cəmiyyətinin üzvləri Azərbaycanın sərvətləri uğrunda mübarizə aparır. Dekabrın 12-dən başlayan etiraz aksiyası faktiki olaraq separatçıların nəfəsini kəsib. Bəli, onlar silah, mina daşıya bilmirlər. Yəni yol terrorçu qüvvələr üçün bağlanıb. Amma humanitar məqsədlə açıqdır. Hər gün rus hərbçilərinin təminat maşınları, təcili yardım maşınları Xankəndidən Ermənistana gedib-gələ bilir.

“Yeni Müsavat” bildirir ki, bu yolun separatçıların üzünə bloklanması onları torpaq yollardan istifadəyə vadar etdi. Amma Ordumuz alternativ yolları da nəzarətə götürdü. Artıq qondarma rejimin tabeliyində olan silahlı dəstələr ərazilərimizə Turşsu-Xəlifəli, eləcə də digər gizli yollardan qanunsuz yük daşıya, hərbi ləvazimatlar gətirə bilmirlər. Şübhəsiz ki, həmin yolların nəzarətimiz altında olması dolayısı ilə ekofəalların aksiyasının nəticəsidir. Vətəndaş cəmiyyətinin aktivistləri əsas yolda aksiyaları davam etdirməsəydi, bölgədə başqa mənzərə ola bilərdi. Bəzi təhlilçilərin fikrincə, aksiyada tələblər sərvətlərimizin talanına son qoyulması olsa da, Laçın rayonu ilə Ermənistan sərhədində nəzarət-buraxılış məntəqəsi qurulmasından sonra etirazlar dayandırıla bilər. Bu halda vətəndaş cəmiyyəti nümayəndələri öz hədəflərinə çatmış olacaqlar.

Yeganə Hacıyeva: "Qarşıdakı 3 il ərzində nəzarətimizdə olmayan..." » Azia.az

Yeganə Hacıyeva 

Politoloq Yeganə Hacıyeva təklif edir ki, Azərbaycan Qarabağ və ətraf rayonlardakı talanlara görə Ermənistanla paralel İrandan da təzminat istəməlidir. Onun sözlərinə görə, dövlətdən başqa, həm də fərdi və kollektiv təzminat tələb olunmalıdır. Ekspert hesab edir ki, 30 il işğal altındakı ərazilərimizdən dövlət müəssisələrindən başqa, mülki insanların mülkiyyətini talayıb ya istifadə ediblər, ya da əşya bazarlarında satıb gəlir götürüblər.

Oxu.az - Ramiyə Məmmədova: “Hələ ki heç bir qırıcı və Türkiyəyə  ekstradisiya edilən terrorçu görünmür” - MÜSAHİBƏ

 Ramiyə Məmmədova 

Siyasi şərhçi Ramiyə Məmmədova isə əlavə edir ki, yeni Laçın yolunun istifadəyə verilməsi ilə əlaqədar Laçın rayonunun Cağazur və Zabux kəndləri arasında yerləşən bir neçə hakim yüksəklik, əsas və yardımçı yollar, eləcə də sərhədboyu geniş sahələr nəzarətə götürülməsində Ordumuzla yanaşı vətəndaş cəmiyyətinin aksiya keçirən üzvlərinin də şərikli payı, müstəsna əməyi var. Ekspertin fikrincə, vətəndaş cəmiyyəti dinc şəkildə antiterror əməliyyatı keçirmiş oldu: “Əgər ordumuz Laçın-Xankəndi yolunu nəzarətə götürsəydi, bunu aqressiv hərəkət, Ermənistan və havadarları kobud müdaxilə, işğalçı kimi qiymətləndirəcəkdi. Ancaq biz yumşaq güc yolunu seçdik. Ekofəalların keçirdiyi dinc antiterror əməliyyatı nəticəsində dəhlizə dolayısı ilə nəzarət edirik, Araik və başıpozuq dəstəsinə tabe olan silahlı tör-töküntülər bu ərazidən istifadə edə bilmirlər. Bu da ağıllı, strategiyalı addım idi. Aksiya artıq missiyasını başa vurub, məqsədlərinə demək olar ki, çatıb. Onların fədakarlığı, şaxtalı havada gecə-gündüz dayanaraq etirazlarını bildirməsi qələbəyə aparan yolun bir hissəsidir. Təsəvvür edin ki, dinc aksiyaya görə bizi humanitar böhran yaratmaqda əsassız yerə ittiham edirlər, Ordumuz bu yolu götürsəydi, görün hansı beynəlxalq reaksiyalar olacaqdı. Ona görə səliqəli və dinc antiterror əməliyyatı keçirmiş olduq”.

Qarabağda aksiya: kimin sülh, kimin revanşizm istəyi göründü

Xəzər Teyyublu 

Hüquq müdafiəçisi Xəzər Teyyublu da aksiyanın hədəfinə çatdığı qənaətindədir. Onun sözlərinə görə, QHT nümayəndələrinin bu dirənişi Qarabağda yeni reallıqlar formalaşdırıb: “Bundan sonra yol separatçılar üçün əbədi bağlıdır. Dinc erməni sakinlər isə istədiyi şəkildə sərbəst hərəkət edə bilər. QHT fəalları bu aksiya ilə Laçın yolundan terrorçu məqsədlər üçün istifadə edən oyuncaq rejimin bütün imkanlarını puç elədi. Artıq əvvəlki Qarabağ deyil, Laçın koridoru da o halda əvvəlki qaydada işləyə bilər ki, Ermənistanla sərhədimizdə nəzarət-buraxılış postları qurulsun, Zəngəzur dəhlizi eyni statusla açılsın. Ermənilərin nazı ilə oynamaq fikrimiz yoxdur və səbrimiz də tükənməz deyil”. Hüquq müdafiəçisi hesab edir ki, ermənilər sərt reallığı anlayırlar, sanki soyuq bir duş alıblar: “Onlara elə gəlirdi ki, bu aksiya müvəqqəti xarakter daşıyır, ruslar təzyiq göstərəcəklər və biz də geri çəkiləcəyik, sonra yenə dəhliz eyni rejimdə işləyəcək. Amma indi qavrayırlar ki, getdi o dövran, Azərbaycan heç bir məsələdə separatçılara güzəşt etmək, göz yummaq niyyətində deyil. İndi nəzarət-buraxılış məntəqəsi də qoyulsun,  aksiyanı başa çatdırmaq olar”.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

On üçüncü günün duası – İmsak və iftar vaxtı

Next

Valideynlərin NƏZƏRİNƏ – Bunu mütləq bilməlisiniz, əks halda…

Xəbər lenti

  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026
  • Cərimələrlə bağlı ŞOK rəqəmlər: Bu model iqtisadiyyatı hara aparır 10.07.2026
  • Zakir Həsənov Selçuk Bayraktarı qəbul etdiFOTO 10.07.2026
  • IV Şuşa Qlobal Media Forumu keçiriləcək 10.07.2026
  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv