Ağstafada dəmir yolu xəttinin yaxınlığında yeniyetmənin meyiti tapıldı – YENİLƏNİB
Ağstafada 14 yaşlı yeniyetmənin meyiti tapılıb.
Bu barədə Azərbaycan Dövlət Dəmir Yolları məlumat yayıb.
Bildirilib ki, bu gün saat 18:20-də Ağstafa rayonu Tatlı stansiyasının dəmir yolu xəttinin yaxınlığında 2009-cu il təvəllüdlü Ağstafa rayonunun Köçəsgər kənd sakini Bayramov Elşən Elşad oğlunun meyiti aşkar olunub.
Hadisə barədə hüquq mühafizə orqanları dərhal məlumatlandırılıb və aidiyyəti üzrə araşdırma aparılır.
19:43
Ağstafada bədbəxt hadisə baş verib.
ARANTV.AZ xəbər verir ki, hadisə rayonun Köçəsgər kəndində qeydə alınıb.
Hərəkətdə olan qatar bir nəfəri vuraraq öldürüb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.

