Hadisə 

Gədəbəydə müəllimə və həyat yoldaşının meyitləri tapıldı

Gədəbəydə evdən iki meyit tapılıb.

ARANTV.AZ-ın məlumatına görə, hadisə rayonun Moruqlu kəndində baş verib.

Meyitləri tapılan şəxslər kənd sakinləri – 1959-cu il təvəllüdlü Oktay Əliyev və onun həyat yoldaşı 1962-ci il təvəllüdlü Məryəm Məmmədovadır.

Onların dəm qazından öldüyü bildirilir.

Qeyd edək ki, qadın kənd məktəbində müəllimə, kişi həmin təhsil müəssisəsində texniki işçi kimi çalışıblar.

Daha çox xəbərlər