Bərdədə zəncirvari qəza baş verdi: Xəsarət alanlar var – FOTO
Bərdədə zəncirvari qəza olub.
ARANTV.AZ-ın xəbərinə görə, hadisə rayonun Lək kəndi ərazisində baş verib.
Yüksək sürətlə hərəkətdə olan VAZ-2107 markalı avtomobilin sürücüsü idarəetməni itirərək hərəkətdə olan VAZ-2109 və “Niva” markalı avtomobillərə çırpılıb.
Qəza nəticəsində xəsarət alanlar xəstəxanaya çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.

