Bərdədə gənc partiya fəalları Heydər Əliyev Mərkəzini ziyarət ediblər
2023-cü il aprelin 14-də YAP Bərdə rayon təşkilatı tərəfindən gənc partiya fəallarının iştirakı ilə rayon Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil olunub.
Mərkəzdə gənclərə müstəqil Azərbaycan dövlətinin memarı, ümummilli lider Heydər Əliyevin zəngin həyat yolu və müstəsna fəaliyyəti haqqında geniş məlumat verilib, gənclər eksponat, fotoşəkil və kitablarla tanış olublar.
Sonda partiya həyatında fəal iştirak edən gənclərə fəxri fərmanlar təqdim edilib, xatirə şəkli çəkdirilib.
![]()
