Göyçayda 24 yaşlı oğlan sirkə turşusu içdi
Göyçayda gənc oğlan sirkə turşusundan zəhərlənib.
ARANTV.AZ-ın Trend-in məlumatına görə, hadisə Göyçay şəhəri, Seyid Əzim Şirvani küçəsi, 3 saylı evdə qeydə alınıb.
Həmin evdə yaşayan, 1995-ci il təvəllüdlü Əbilov Məhəmməd Sahil oğlu ailə münaqişəsi zəminində əsəbiləşərək sirkə turşusu içib.
M.Əbilov təcili xəstəxanaya çatdırılıb, vəziyyəti ağırdır.
Faktla bağlı araşdırma aparılır.

