Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

“Böyük əksəriyyət öz dədə-baba torpaqlarına qayıdacaq”

By Vüsal Rafiqoğlu
19.04.2023 3 Min Read

Mətləb Aslanov: “Hər kəs istər ki, tezliklə bütün ərazilərə köç edilsin, amma…”

“Ağdam və Füzuli şəhərlərinin, Suqovuşan və Hadrut qəsəbələrinin baş planları hazırdır”. APA-nın Şirvan bürosu xəbər verir ki, bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov Şamaxıda işğaldan azad olunmuş ərazilərin investisiya cəlbediciliyi ilə bağlı elmi-praktik konfransda çıxışında deyib. Ağdam və Füzuli şəhərlərinin baş planlarının Nazirlər Kabineti tərəfindən təsdiq olunduğunu qeyd edən Emin Hüseynovun sözlərinə görə, digər regionlarla da bağlı layihələndirmə işlərinə başlanılıb: “Qarabağ iqtisadi rayonunun digər bölgələrində də bu proses gedir. Rəylər toplanır və artıq ümumi fikir bəllidir”.

““Böyük Qayıdış” dövlət proqramı ilə nəzərdə tutulan işlər 5 mərhələ üzrə aparılır”. Bu fikirləri də həmin tədbirdə E.Hüseynov səsləndirib. “Bunlar ümumi və baş planların layihələndirilməsi, minatəmizləmə, baza infrastrukturunun yaradılması, sosial-iqtisadi infrastrukturun tammiqyaslı yenidən qurulması və nəhayət, insanların qayıdışının təmin olunmasıdır. Planlaşdırmanın təkcə tikintiyə deyil, minatəmizləməyə də aid olması vacibdir. Baza infrastruktur təmin edilməlidir ki, buraya yollar, qaz, işıq, su, rabitə və sosial infrastruktur – məktəblər, xəstəxanalar, inzibati binalar və yaşayış evləri daxildir”, – o deyib.

Prezidentin xüsusi nümayəndəsi onu da qeyd edib ki, “Böyük Qayıdış”ın 1-ci mərhələsində 66 min nəfər həmvətənimizin öz evlərinə qayıdacağı gözlənilir. Onun sözlərinə görə, işğaldan azad olunmuş ərazilərdə bərpa və reabilitasiya prosesini 3 mərhələyə bölmək olar. “1-ci mərhələ 2022-2026-cı illəri, 2-ci 2030-cu ilədək dövrü, 3-cü mərhələ isə 2040-cı ilədək dövrü əhatə edir. 1-ci mərhələdə əsas məqsədlər Füzuli və Ağdamda iki şəhər mərkəzinin və 32 kəndin yenidən qurulmasından, həmçinin Hadrut, Suqovuşan və Tuğda turizmin inkişafından ibarətdir”, – E.Hüseynov deyib.

Bu proses çərçivəsində daha bir mühüm açıqlama da var.

2023-cü ildə işğaldan azad olunmuş ərazilərə investisiya layihələrinin qoyulması fondun əsas prioritetlərindən hesab olunur.

Bu barədə “APA-Economics”ə Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədri Osman Xalıyev bildirib:

“Hazırda işğaldan azad olunmuş ərazilərdə kreditləşməni prioritet elan eləmişik. Güzəştli kreditlər illik 5%-lə ənənəvi qaydada, eyni şərtlərlə işğaldan azad olunmuş ərazilərdə də veriləcək. Ümumillikdə kredit portfeli 500 milyon manatdır, hər bir layihə üzrə kreditin maksimal məbləği isə 5 milyon manatadək nəzərdə tutulub. Bundan əlavə, elektron kredit və zəmanət platforması yaradılacaq. İşğaldan azad olunmuş ərazilərdə əsas investisiya fəaliyyəti üçün hər hansı sahibkar sahəsindən asılı olmayaraq dövlət zəmanətli kommersiya kreditlərindən yararlana bilər. Məqsəd maliyyə əlçatanlığını artırmaq və orada bərpa, yenidənqurma fəallığını daha da sürətləndirməkdir”, – deyə Osman Xalıyev əlavə edib.

Qeyd edək ki, 2023-cü ilin dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası məqsədilə 3 milyard manat vəsait ayrılıb.

Maliyyə Nazirliyinin məlumatına görə, 2023-cü ilin birinci rübündə sifarişçi təşkilatlar tərəfindən müvafiq layihələr üzrə təqdim edilmiş kassa sifariş sənədləri əsasında ayrılmış vəsaitin 35,5%-i və ya 1067,0 milyon manatı istifadə olunub.

Bu yaxınlarda Hadrutda olan AĞ Partiya başqanının köməkçisi Mətləb Aslanov Qarabağda quruculuq-bərpa işlərinin sürətlə getdiyini söylədi: “Ara-sıra işğaldan azad edilən ərazilərə gedirəm. Hər getdikcə bir dəyişikliyin şahidi oluram. Yollar sürətlə çəkilir, asfaltlanır, tikinti işləri də çox sürətli gedir. Bu gedişlə yaxın illərdə məcbur köçkünlərimizin böyük əksəriyyəti öz dədə-baba torpaqlarına qayıdacaqlar. Bu il də, bildiyiniz kimi, köç olacaq. Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynovun son açıqlamaları da bunu göstərdi. Qarabağ çiçəklənir. Hər kəs buna əmin olsun. Gedənlər bunun şahidi olurlar. İndi 30 il işğal altında qalan, erməni vandalizminə məruz qalan, dağıdılan əraziləri qısa müddətdə bərpa etmək də asan məsələ deyil. Təbii ki, hər kəs istər ki, tezliklə bütün ərazilərə köç edilsin. Amma bunun milyardlarla maliyyə mənbələri tələb etdiyini də yaxşı bilirik, yəni quruculuq-bərpa işləri üçün və s.”

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış”” mövzusunda hazırlanıb.

HAZIRLADI: Cavanşir Abbaslı

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Ramazanın 28-ci gününün duası – İmsak və iftar vaxtı

Next

Ən cazibədar 5 bürc

Xəbər lenti

  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026
  • Cərimələrlə bağlı ŞOK rəqəmlər: Bu model iqtisadiyyatı hara aparır 10.07.2026
  • Zakir Həsənov Selçuk Bayraktarı qəbul etdiFOTO 10.07.2026
  • IV Şuşa Qlobal Media Forumu keçiriləcək 10.07.2026
  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv