Cəbhədən Xəbər 

ANAMA-nın əməkdaşları Tərtərdə minaya düşdü: Üç nəfər həlak oldu – YENİLƏNİB + VİDEO

Tərtərdə üç nəfər minaya düşüb.

Bu barədə Baş Prokurorluq məlumat yayıb.

Bildirilib ki, aprelin 28-də Tərtər rayonunun Talış kəndindən Tapqaraqoyunlu kəndi istiqamətində olan ərazidə mina partlayışının baş verməsi barədə rayon prokurorluğuna məlumat daxil olub

İlkin araşdırma zamanı qeyd olunan ərazidə tank əleyhinə minanın partlaması nəticəsində 3 nəfərin ölməsi müəyyən edilib.

Faktla bağlı Tərtər rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.

20:57

Tərtərdə üç nəfər avtomobillə hərəkətdə olarkən minaya düşüb.

DİN-in Mətbuat xidmətinin regional qrupundan “Qafqazinfo”ya bildirilib ki, hadisə Talış-Tapqaraqoyunlu ərazisində qeydə alınıb.

Partlayış nəticəsində hər üç şəxs həlak olub. Bunlar 1982-ci i təvəllüdlü Nadir Yusifov, 1981-ci il təvəllüdlü Səxavət Gözəlov və 1996-cı il təvəllüdlü Fərid Sədiyevdir.

Əldə edilən məlumata görə, ölən şəxslər ANAMA-nın əməkdaşlarıdır. Onlar xidməti vəzifələrini yerinə yetirən zaman minaya düşüblər.

Daha çox xəbərlər