Region Xəbərləri 

Bərdədə fərqli ab-havada keçən əlifba bayramı -VİDEO+FOTO

 

Hər tədris ilinin yekunu xüsusilə birinci sinif şagirdləri üçün yaddaqalan olur. Belə ki, 11 illik məktəb həyatının ilk ilini başa vuran birincilər əlifba bayramlarını qeyd etmək sevincini yaşayırlar. Bu günlərdə Bərdə rayonu Akademik Zərifə xanım Əliyeva adına texniki təmayüllü lisey də birincilərin əlifba bayramı keçirilib. Hər il olduğu kimi, bu il də məktəbdə əlifba bayramı xüsusi ab-havada baş tutub. Belə ki, 1-cilər müxtəlif səhnəciklər nümayiş etdirib, mahnılar səsləndiriblər. Şagirdlərin xüsusilə vətənpərvərlik mövzusunda ifa etdikləri mahnı və şeirlər tədbirin daha da coşqulu keçməsinə səbəb olub. Tədbirdə azyaşlılar tərəfindən maraqlı rəqs nümunələri də nümayiş etdirilib. Tədbirdə məktəb rəhbərliyi, və valideynlər iştirak ediblər. Çıxış edənlər birinci sinif şagirdlərini əlifba bayramı münasibətilə təbrik edib, onlara təhsillərində uğurlar arzulayıblar.

Daha çox xəbərlər