Gündəm 

“Tottenhem” avstraliyalı mütəxəssisə tapşırılır

“Tottenhem” “Seltik”in baş məşqçisi Anqe Postekoqlu ilə şifahi razılığa gəlib.

İtalyan insayder Fabritsio Romanonun yaydığı məlumata görə, müqavilə daha bir mövsüm uzatmaq imkanı ilə ikiillik olacaq.

“Tottenhem” “Seltik”lə də razılığa gəlməlidir. Çünki avstraliyalı mütəxəssisin Şotlandiya klubu ilə müqaviləsi var.

“Tottenhem” İngiltərə Premyer Liqasını 60 xalla 8-ci pillədə başa vurub.

Daha çox xəbərlər