Gündəm 

Azərbaycanın sayəsində bu il enerji məsələsində rahat olduq – Ana Birçal

Qarabağda bərpa-quruculuq işləri çox sürətlə davam edir. Əminəm ki, Azərbaycan Prezidenti İlham Əliyev yalnız Şuşanı yox, bütün regionu uğur hekayəsi nümunəsi edəcək.

ARANTV.AZ Trend-ə istinadən bildirir ki, bu barədə Rumıniyanın sabiq baş nazir müavini Ana Birçal Şuşada “Yenidənqurma, sülh və inteqrasiya: Enerji, iqtisadiyyat, ətraf mühit və kapital” mövzusunda keçirilən beynəlxalq tədbirdə çıxışı zamanı deyib.

“Enerjinin” silah kimi istifadə edilməsinin şahidi olduq. Azərbaycanın sayəsində bu il enerji məsələsində rahat olduq. Azərbaycanla Rumıniya arasında bir çox perspektivli enerji əməkdaşlığı mövcuddur. ,- deyə o əlavə edib.

Qeyd edək ki, bu gün Şuşada Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Yenidənqurma, sülh və inteqrasiya: Enerji, iqtisadiyyat, ətraf mühit və kapital” mövzusunda tədbir keçirilir.

Tədbirdə 30-a qədər sabiq dövlət və hökumət başçısı iştirak edir.

Beynəlxalq tədbir çərçivəsində keçirələcək panellərdə enerji, iqtisadiyyat, ətraf mühit və kapital, mədəni irs mövzularında müzakirələr aparılacaq.

İki gün davam edəcək tədbirin ilk günü Şuşada, növbəti günü Gəncədə baş tutacaq.

 

Daha çox xəbərlər