Qarabağda genişmiqyaslı işlər görülür – Prezidentin xüsusi nümayəndəsi
Qarabağda genişmiqyaslı işlər görülməyə davam edir.
ARANTV.AZ Trend-ə istinadən bildirir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin Zəngilan rayonu üzrə xüsusi nümayəndəsi Vahid Hacıyev Şuşada “Yenidənqurma, sülh və inteqrasiya: Enerji, iqtisadiyyat, ətraf mühit və kapital” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.
“Qarabağla bağlı plan bütün bölgənin inkişafıdır. Bunun üçün məqsədyönlü işləyirik. İşğaldan azad edilən ərazilərin bərpası dayanıqlı inkişaf məqsədlərinə əsaslanır”,- deyə o əlavə edib.
Qeyd edək ki, bu gün Şuşada Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Yenidənqurma, sülh və inteqrasiya: Enerji, iqtisadiyyat, ətraf mühit və kapital” mövzusunda tədbir keçirilir.
Beynəlxalq tədbir çərçivəsində keçirələcək panellərdə enerji, iqtisadiyyat, ətraf mühit və kapital, mədəni irs mövzularında müzakirələr aparılacaq.
İki gün davam edəcək tədbirin ilk günü Şuşada, növbəti günü Gəncədə baş tutacaq.