Bakıda xanımlar eynəkləri belə oğurlayırlar – VİDEO
Bakıda eynək mağazası xanımlar tərəfindən hədəf seçilib.
ARANTV.AZ baku.ws-ə istinadən xəbər verir ki, bu barədə mağazanın satıcısı Vüsal Tarverdiyev bildirib. Onun sözlərinə görə, demək olar ki, hər gün mağazada eynəklər oğurlanır.
Qəribə orasındadır ki, eynəkləri oğurlayan da qızlar olur.
“Mağazada quraşdırılan müşahidə kameralarında oğurluq edən xanımlar aydın görünür. Əgər xanımlar eynəkləri istəsəydilər, özüm onlara verərdim. Oğurlamağa nə ehtiyac var axı?”, – deyə Vüsal Tarverdiyev bildirib.
Saytın “qaynar xətti”nə göndərilən video görüntüləri təqdim edirik:

