Yevlaxda tələbələrin olduğu mikroavtobus aşdı: Ölənlər var – FOTO

Yevlax rayonunun Xaldan qəsəbəsi ərazisində “Mercedes” markalı mikroavtobus aşıb.

ARANTV.AZ xəbər verir ki, qəza nəticəsində iki nəfər ölüb, 10 tələbə isə yaralanıb.

Yaralılar Yevlax və Mingəçevir xəstəxanalarına çatdırılıb.

Qeyd edilib ki, həmin şəxslər Mingəçevirdə təhsil alan tələbələr olub.