Çilidə 6 braziliyalı turist həlak oldular – 2-si uşaq olub

Çilinin paytaxtı Santyaqoda 6 braziliyalı turist həlak olub.

ARANTV.AZ  Trend-ə istinadən bildirir ki, onlar kirayə mənzildə qazdan zəhərləniblər.

Ölənlər arasında 2 uşaq da olub. Turistlərin bir həftə əvvəl Çiliyə gəldikləri məlum olub.

Hadisənin baş verdiyi binadan sakinlər təxliyə olunublar. Hazırda sızmanın mənbəyi ilə bağlı araşdırma aparılır.