Hamilələrin qəribə istəkləri! – Bəziləri salfet, bəziləri isə uşaq pudrası yeyir

Bütün hamilə qadınlar hamiləlik zamanı bir çox şeyi yemək istəyirlər.

ARANTV.AZ  bildirir ki, amma bəzi qadınlar hamiləlik zamanı təbaşir, salfet, torpaq kimi qəribə şeylər yemək istəyir.

Bu qadınlar əslində pika sindromu yaşayırlar.

İngiltərədə yaşayan 24 yaşlı Kadejah Clarke də belə qadınlardan biridir. O, hamiləyi boyunca körpə pudrası yeyib. Klarke bunu niyə etdiyini bilmədiyini, amma dadını çox sevdiyi üçün həftədə 3 qab yediyini,doğuşdan sonra isə bu asılığından xilas olduğunu deyib.

Klarke açıqlamasında “körpəm çox sağlamdır. İndi geriyə dönüb baxdıqda bunun çox çılğın bir şey olduğunu düşünürəm”.

Londonda yaşayan 29 yaşlı Olesya Bochkareva da hamiləliyində təbaşir yemə asılığı olduğunu deyir. Gənc qadın “ bunun qarşısını almağa çalışdım, amma bacarmadım. Bunun təhlükəli olduğunu öyrəndikdə ağzımda çeynəyib, daha sonra atırdım” deyə bildirib. Hazırda Olesyanın körpəsi 11 aylıqdı.

İngiltərədə yaşayan Nazma İqbal da hamiləliyi zamanı salfet yemə istəyinə mane ola bilmirdi. Hamiləlik dövründə mədəbulanması səbəbilə daima bir şey dişləmək istədiyini deyən Nazma olanları danışaraq “Duşda olarkən şampunun qoxusu mədəmi bulandırdı. Həmin vaxt tualet kağızını dişlədim. Bu mədə bulantıma yaxşı təsir etdi. Mədə bulantıma sadəcə kağız salfet təsir edirdi. İnanılmaz görünsədə doğuş anına qədər bunu yedim” deyib.

Pika qida dəyəri olmayan qida xarici maddələrə hədsiz istək üçün istifadə olunan termindir. Heç kimin səbəbini bilmədiyi bu istəklər daha çox hamiləlik zamanı ortaya çıxır. Bəzən bu hal bağırsaq tıxanması və ya zəhərlənmə kimi problemlərə səbəb olur.

 'BİR HAFTADA 3 ŞİŞE TALK PUDRASI KULLANDIM'


 'TEBEŞİR YİYORDUM, ÇARESİZDİM'


 'KAĞIT HAVLUYU YEMEK İÇİN ALIYORDUM'

metbuat.az