Şirvanda zavodda partlayış nəticəsində ölən və xəsarət alanın kimliyi bilindi – YENİLƏNİB
Müdafiə Sənayesi Nazirliyinin Şirvandakı zavodunda sursat partlaması nəticəsində ölən və xəsarət alan şəxslərin kimliyi bilinib.
APA-nın əldə etdiyi xəbərə görə, ölən şəxs Şirvan sakini, 1966-cı il təvəllüdlü Əhmədov Mehman Həsən oğludur.
Xəsarət alan şəxsin Şirvan sakini, 1970-ci il təvəllüdlü Şəkərova Səbinə Elyas qızı olduğu bildirilir.
Nazirliyin İnformasiya texnologiyaları şöbəsinin müdiri Yaşar İsakovun sözlərinə görə, partlayış qurumun “Şirvan Araz zavodu” MMC-də M6 partladıcı başlığın aralıq ötürücüsünü sıxarkən baş verib.
12:33
Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərində yerləşən zavodunda sursat partlayışı olub.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə saat 11:30-da qeydə alınıb.
Yığma sexində sursatın partlaması nəticəsində bir işçi ölüb. Müxtəlif xəsarətlər alan digər bir işçi isə Şirvan Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.

