“Zövqlü və tərzli müğənni Aygündür” – Leyla Əhmədova

“Üz – üzə” verilişinin qonağı modelyer Leyla Əhmədova olub. ARANTV.AZ xəbər verir ki , modelyer aparıcı İlahə Nizamiqızının suallarını cavablandırıb. Leyla dünya ulduzu Madonna ilə işləmək istədiyini açıqlayıb. Modelyer şou-biznesin zövqlü və zövqsüz ifaçılarından danışıb. L.Əhmədova xalq artistləri Aygün Kazımova və Brilliant Dadaşovanı tərifləsə də, əməkdar artist Röya Ayxan, müğənnilər Damla və Şəbnəm Tovuzlunun ünvanına fərqli fikirlər səsləndirib.