1994-cü il təvəllüdlü Azərbaycan sakini öz dostu ilə birlikdə Sankt-Peterburq şəhərində Rusiya istehsalı olan “cipləri” oğurlayır, sonra onları hissələrə bölərək, internet üzərindən satırmış. Ümumilikdə səkkiz belə hal qeydə alınıb.
ARANTV.AZ oxu.az-a istinadən xəbər verir ki, bu yaxınlarda həmin şəxs polisə gələrək, təslim olub.
Məlumata görə, oğurluq hadisələri aprelin 2-dən başlayıb. Cinayətkar Rusiya istehsalı olan “UAZ Patriot”, “Qazon NEXT” tipli avtomobilləri qaçırırmış.
