Peşə məktəblərinə direktor və direktor müavinlərinin işə qəbulu üzrə müsahibə başlanır
Bu gündən peşə təhsili müəssisələrinə direktor və direktor müavinlərinin işə qəbulu üzrə müsahibə mərhələsi başlanır.
Peşə Təhsili üzrə Dövlət Agentliyindən “İki sahil”ə bildirilib ki, müsahibə mərhələsinin birinci turu sentyabrın 7-dək, ikinci turu isə ehtiyaca uyğun olaraq oktyabrın 9-dan dekabrın 1-dək davam edəcək.
Xatırladaq ki, direktor və direktor müavinlərinin işə qəbulu üzrə test imtahanında hər bir vakansiya üzrə ən çox bal toplayan 5 namizəd müsahibənin ilk turunda iştirak etmək hüququ qazanır. Müsahibə mərhələsinə yalnız 30 baldan çox toplayan şəxslər buraxılır. Keçid balından yüksək nəticə göstərən digər namizədlər müsahibə mərhələsi üçün gözləmə siyahısına əlavə ediləcək və müsahibənin ikinci turunda boş qalan vakant yerlər üçün dəyərləndiriləcəklər.