Cavan qalmaq istəyənlərin içkisi
Bir müddət əvvəl elm adamları kakao paxlasında epikateşin kimi bir elementin olduğunu aşkar etdilər. Bu, orqanizmə xərçəng və diabetlə mübarizə aparan, həmçinin infarkt və insultların qarşısını alan maddədir.
Səhərlər kakao dəmləyib içdikdə qocalmanı ləngidir.
ARANTV.AZ xəbər verir ki, Qərb alimlərinin araşdırmasının nəticələrinə görə, kakao piylənməyə səbəb olmur, əksinə, əlavə kiloramlardan qurtulmağa kömək edir, çünki istifadə edildikdə, doyma çaydan (yaşıl və ya qara) və ya qəhvədən daha tez baş verir.
Mütəxəssislər belə qənaətə gəliblər ki, kakaonun faydasını görmək üçün səhər içmək daha yaxşıdır. Kakao paxlası dərinizin ultrabənövşəyi radiasiyanın mənfi təsirlərindən qorumasına kömək edən melanin ehtiva edir. Bundan əlavə, melanin günəş yanıqlarının qarşısını alır, gəncliyi və toxumaların elastikliyini qoruyur.
Həmçinin:
• Təzyiqi azaldır. Kakao azot oksidi ilə doludur, bu da damarların rahatlamasına səbəb olur və təzyiq kifayət qədər tez azalmağa başlayır.
• Sümükləri gücləndirir. Kakaonun tərkibindəki kalsium, fosfor sümük və oynaqlarda problemi olanlar üçün çox faydalıdır.
• Bütün müsbət xüsusiyyətləri ilə kakao bir çox insanlar üçün əks- göstəriş ola bilər. Məsələn, qastrit, mədə xorası və ya onikibarmaq bağırsağın xorası varsa, bu içkinin qəbulunu məhdudlaşdırmaq daha yaxşıdır. (medicina.az)