“Mister və Miss Kids” adlı uşaq moda müsabiqəsi keçiriləcək

İyunun 2-də ROMANCE Hall-da tanınmış bəstəkar-aparıcı Sədaqət Rəşidqızının təşkilatçılığı ilə “Mister və Miss Kids” model yarışması keçiriləcək. ARANTV.AZ-ın məlumatına görə, 1 İyun – Uşaqların Beynəlxalq Müdafiə günü münasibəti ilə təşkil olunan yarışmada kastinq yolu ilə finala vəsiqə qazanan 30-dan çox uşaq səhnəyə çıxacaq. Müsabiqədə balaca model iştiraçılarımız iki tərzdə – tarixi və avanqard geyimlərini numayiş etdirəcəklər. Münsiflər heyətində modelyer Şəlalə Maqsudova, “Fashion Club” model məktəbinin rəhbəri Lyubov Kutorova, rəqqasə Oksana Rəsulova və stilist-vizajist Nigar İbrahimova təmsil olunacaq. Qeyd edək ki, yarışmaya qatılan hər kəs mükəmməl səhnə tərtibatı, neo texnoloji işıq effektləri, dəbdəbəli podiumun və digər sürprizlərin şahidi olacaqlar.