Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Şərtləri güclülər diktə edir

By Vüsal Rafiqoğlu
26.08.2023 3 Min Read

Azərbaycan Ermənistanı Zəngəzur dəhlizinin açılmasına və sülh danışıqlarına  məcbur edəcək qüdrətə malikdir

Azərbaycan İkinci Qarabağ müharibəsində qazandığı şanlı Zəfərlə regionda yeni reallıqlar yaradan güclü ölkədir. Bu gün fəaliyyətini postmüharibə dövrünün tələblərinə uyğun quran Azərbaycan dövləti Qarabağda və Şərqi Zəngəzurda böyük tikinti-quruculuq işlərini davam etdirməkdədtr. Eyni zamanda,  hazırda Azərbaycan dövlətinin xarici siyasətində əsas prioritet Zəngəzur dəhlizinin açılmasını reallaşdırmaqdır. Çünki bu, bölgənin iqtisadi inkişafını xeli dərəcədə sürətləndirəcək amildir.

Amma məğlub Ermənistan yenə də məkrli siyasətini davam etdirərək bu prosesdən, yəni dəhlizin açılması istiqamətində üzərinə götürdüyü öhdəlikdən, xüsusilə də sülh müqaviləsi imzalamaqdan hələlik boyun qaçırır. Azərbaycan isə qalib ölkə kimi Ermənistanı 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatda üzərinə götürdüyü öhdəliklərini  yerinə yetirməyə məcbur etməkdə israrlıdır. Prezident İlham Əliyev müharibədən sonrakı bütün çıxışlarında bəyan edib ki, regionun inkişafı naminə icra ediləcək hər bir layihə özündən sonra digər layihənin reallaşmasına real zəmin yarada bilər. Ona görə də ilk növbədə Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımalı və sülh müqaviləsinə imza atmalıdır.

Qeyd edək ki, Zəngəzur dəhlizi, eyni zamanda, qlobal əhəmiyyətinə görə də gündəmdədir. Bu, Asiya və Avropa ölkələri arasında ən sərfəli nəqliyyat- tranzit dəhlizi ola bilər. Ona görə də Zəngəzur dəhlizinin açılması həm də qlobal xarakter daşıyır. Məhz son dövrlərdə Prezident İlham Əliyev KİV-lərə verdiyi müsahibələrdə bu mövzuya toxunaraq təkliflərini səsləndirib. Eyni zamanda Ermənistana ciddi xəbərdarlıq edib: «Biz hələlik səbirli, təmkinli davranırıq. Amma bizim səbrimizin də həddi var və İkinci Qarabağ savaşı göstərdi ki, səbrimiz tükənəndə nələr baş verir. Ona görə Ermənistan rəhbərliyinə şans veririk ki, noyabrın 10-da imzalanmış Bəyanatın bütün müddəalarını yerinə yetirsin və özünü məsuliyyətlə aparsın».

Dövlət başçısı qeyd edib ki, bu gün Azərbaycan Zəngəzur dəhlizinin yaradılması ilə bağlı genişmiqyaslı işlərə başlayıb. Belə ki, artıq Zəngilana həm dəmir yolu, həm də avtomobil yolu çəkilib.  Zəngilan Beynəlxalq Hava limanı da artıq istifadəyə verilib. Yəni, Zəngəzur dəhlizinin açılması üçün Azərbaycan tərəfində lazımi infrastrukturlar qurulub. Hətta ölkəmiz Zəngəzur dəhlizinin Naxçıvanadək olan 40 kilometrlik hissəsinin də tikintisini aparmağa razı olduğunu bildirib.

Bütün bunlara rəğmən demək olar ki, iqtisadiyyatı və sosial vəziyyəti bərbad gündə olan Ermənistanın bir ölkə kimi xilası isə Azərbaycanın ədalətli tələblərini yerinə yetirməkdən keçir. Nə qədər ki, ermənilər bu həqiqəti anlamayıblar ölkələrində davam edən sosial-iqtisadi, hərbi-siyasi böhran daha ciddi xarakter almaqdadır. şəkildə davam edəcəkdir. İndi ermənilər anlayırlar ki, onların ölkələrində normal yaşamaları artıq bir xəyaldır. Bu səbəbdən də ermənilərin xarici ölkələrə kütləvi köçü davam edir.

Hətta Ermənistan rəhbərliyi də anlayır ki, bu köçün qarşısını almaq üçün həm diplomatik, həm də iqtsadi sahədə ciddi uğurlar qazanmalıdır. Ona görə də xarici havadarlarına, ermənipərəst ölkə başçılarına güvənərək onlardan dəstək almaq son çarədir. Lakin bu istiqamətdə də dəstəkdən məhrum olan Ermənistan rəhbərliyi ölkə daxilində nüfuzunu tamamilə itirib. Yəni, bu gün lider kasadlığı erməniləri ölkələrindən köç etməyə məcbur edən digər mühüm səbəbdir.

Qeyd edək ki, Ermənistan baş nazirinin postmüharibə dövründə «bazarlıq» etmək istədiyi iki mühüm məsələ var. Bunlardan birincisi Zəngəzur dəhlizinin açılmasına mane olmaq, ikincisi isə Qarabağın «status»u məsələsini yenidən müzakirə mövzusuna çevirməkdir. Lakin son iki ildə Prezident İlham Əlievlə baş nazir Nikol Paşinyanın Soçi, Praqa, Brüssel görüşlərindəki müzakirələrdə  Ermənistan uduzan tərəf olub. Həmin görüşlərdə Zəngəzur dəhlizinin açılması məsələsi birmənalı olaraq vurğulanıb. Eyni zamanda, «status» məsələsinə dair bir kəlmə belə danışılmayıb.

Xüsuilə 2023-cü ilin iyulun 15-də Brüssel görüşünün  yekun sənədi olaraq qəbul edilmiş bəyanat da Azərbaycanın milli maraqlarına cavab verir. Burada ilk növbədə üzv dövlətlərin ərazi bütövlüyü, suverenliyi və beynəlxalq  səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsiplərinə hörmət, onlar arasında nəqliyyat-kommunikasiya əlaqələrinin inkişafına dəstək ifadə olunmuşdur. Heç bir halda, «status» məsələsi və «Dağlıq Qarabağ» ifadəsi danışıqların predmeti olmamış və yekun sənədə bu haqda heç bir bənd salınmamışdır.

Görüşdə vasitəçi tərəf kimi iştirak edən Avropa İttifaqı Şurasının Prezident Şarl Mişel həmin görüşün çox səmərəli keçdiyini bildirmişdi: «Sərhədlərlə bağlı müzakirəmizdə Ermənistan və Azərbaycan liderləri digər ölkənin ərazi bütövlüyü və suverenliyinə hörmətlərini qəbul edərək Ermənistanın ərazisinin 29.800 km2, Azərbaycanın isə 86.600 km2 olduğunu təsdiqlədilər. Hər iki lider delimitasiya üçün siyasi çərçivə kimi 1991-ci il Almatı Bəyannaməsinə birmənalı sadiqliklərini bir daha təsdiq etdilər».

Bütün bunlar bir daha göstərir ki, Prezident İlham Əliyev postmüharibə dövründə də ölkəmiz üçün taleyüklü məsələlərdə qətiyyətli addımlar atmaqla milli maraqlarımızı layiqincə müdafiə etmişdir. Beləliklə, müharibəni udan Ali Baş Komandanın sülhü qazanacağı da sırf zaman məsələsidir. Axı şərtləri güclülər diktə edir.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Ermənilərin yalanla dolu qovluqları qoltuqlarına verilir

Next

Xaricdən gələn naməlum zənglər – telefon nömrələrimiz necə ələ keçir…

Xəbər lenti

  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026

Son Yazılar

  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv