YAP Bərdə rayon təşkilatında rayonun imkansız uşaqlarına dəstək kompaniyası xətti ilə görüş keçirilmişdir.
YAP Bərdə rayon təşkilatında məktəb açılışı öncəsi rayonun bir qrup imkansız ailələrindən olan uşaqlara məktəbli geyimi, çanta və lavazimatları təqdim edilmişdir.
Təqdimatda iştirak edən YAP fəalları, şəhid Dövran Naibovun anası Xuraman Naibova, sahibkar Surxay Əliyev çıxış edərək bildirdilər ki, hər zaman xalqımızın birliyi dövlətimizin möhkəmlənməsi və qüdrətlənməsinə mühüm töhfələr verir və ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında böyük uğurlara, zəfərlərə aparır.
YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya bu cür dəstəklərin ümumxalq birliyimizə xidmət edən həlqələr olduğunu bildirmiş, bir- birinə kömək olmanın xalqımızın tarixi ənənəsi olmasından və bu gün də H.Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva tərəfindən ən gözəl şəkildə davam etdirilməsindən danışmış, bugünkü dəstəyə görə YAP fəalı, sahibkar Surxay Əliyevə təşəkkür etmişdır.
Sonda valideynlər YAP ailəsinə minnətdarlıqlarını ifadə etmiş, hədiyyələri qəbul edən məktəblilər bundan sonra da yaxşı oxuyacaqlarına, Vətənə layiqli övladlar olacaqlarına söz vermişlər.






