Erməniləri aclıq deyil, axmaqlıq yıxacaq
Onların «ac qalarıq, türkün çörəyini yemərik» bağırtıları faşist təfəkkürünün məhsuludur
Artıq iki gündür ki, Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Qarabağda yaşayan erməniəsilli şəxslərin ehtiyaclarını qarşılamaq üçün Bakıdan yola salınan humanitar yardım karvanı Ağdam-Xankəndi yolundadır. İçərisində 40 ton un olan iki TIR dünəndən etibarən Ağdam-Xankəndi yolunun üzərindəki Rusiya sülhməramlılarının postunun qarşısında gözləyir.
Qeyd edək ki, humanitar yardımın Xankəndiyə çatdırılması ilə bağlı ötən gün qurumun əməkdaşları Azərbaycan ərazisində müvəqqəti məskunlaşan Rusiya sülhmərmalıları ilə danışıqlar aparıblar və onlara yüklərin daşınması ilə bağlı hər hansı bir cavab hələ də verilməyib. Bu, bir daha göstərir ki, Ağdam-Xankəndi yolunun istifadəsinə məqsədyönlü şəkildə mane olan qüvvələr arqumentsizdirlər və sadəcə ölkəmizə qarşı piarla məşğuldurlar.
Laçın -Xankəndi yolundakı «humanitar şou» sunu Ağdam -Xankəndi yolunda da davam etdirən haylar indi də başqa bir dezinformasiya yaymaqla məşğuldurlar. Belə ki, separatçılar iddia edirlər ki, guya Bakıdan Xankəndiyə göndərilən 40 tonluq un köhnə və keyfiyyətsizdir. Lakin bu barədə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin nümayəndəsi Elşən Səlimzadə humanitar yükün gözlədiyi ərazidə xarici media qurumlarının əməkdaşlarına bildirib ki, yüksək keyfiyyətli buğda unu 2023-cü ilin avqustun 28-də istehsal edilib
Bu arada Fransa da Qarabağ iqisadi zonasında yaşayan ermənilərə humanitar yardım göndərib. Avqustun 30 –da 10 yük avtomobili İrəvandan Sünik vilayətinin Kornidzor kəndinə doğru yola düşüb. Hətta Ermənistan mediası, həmin avtomobillərin İrəvandakı Respublika Meydanından yola düşməsinin görüntülərini də yayıb. Bu, bir daha göstərir ki, Fransa Cənubi Qafqazda yaradılacaq sabitliyə və sülhə ciddi şəkildə mane olur. Fransa bu hərəkəti ilə bölgədə yeni müharibə riski yaradır. Lakin İkinci Qarabağ müharibəsindəki bütün dəstəyinə baxmayaraq kiçik bacısı Ermənistanın məğlubiyyətinə əngəl ola bilmədiyi kimi, bu dəfə də Azərbaycan dövlətinin qətiyyəti və dəmir iradəsi nəticəsində geri çəkilməli olacaqdır.
Azərbaycanın bu humanitar addımı beynəlxalq təşkilatlar və Xankəndidə yaşayan ermənilərin bir hissəsi tərəfindən müsbət qarşılanıb. Hətta rəsmi Bakı Xankəndidəki ermənilərə onların digər ehtiyacı olacaq ləvazimatları da çatdıra biləcəyini bəyan edib. Məqsəd isə birdir: ermənilərin və havadarlarının «Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan ermənilərin özlərini təcrid etməsi» iddiasını aradan qaldırmaq. Bununla da Azərbaycan təkcə Ermənistanı deyil, Qarabağda qondarma «humanitar böhran»la oyun oynamağa çalışan böhtançı separatçıları və onların havadarlarını çıxılmaz vəziyyətə salıb.
Düzdür, bizim bu hümanist addımımızın qarşılığında separaçıların digər hissəsi rəzilliklərini göstərmiş oldular. Belə ki, onlar «ac qalarıq, türkün çörəyiini yemərik» bağırtıları ilə faşist düşüncələrdən yaxa qurtara bilmədiklərini bir daha aydın şəkildə göstərmiş oldular.
Qeyd edək ki, avqustun 29-da Prezident İlham Əliyev ermənidən çox ermənilik edən fransalı həmkarı Emmanuel Makronla telefon danışığında bu məsələyə toxunub və qeyd edib ki, Ermənistan və qondarma rejim Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə Ağdam-Xankəndi yolu ilə yüklərin daşınması barədə əldə olunmuş ilkin razılaşmadan imtina edib. Həmçinin Ermənistan rəhbərliyi Azərbaycan tərəfi ilə razılaşdırmadan dövlət sərhədi istiqamətində humanitar təyinatlı olduğunu iddia etdiyi yüklər gətirib ki, burada da məqsəd siyasi möhtəkirlikdir. Ermənistan və havadarları anlamalıdırlar ki, Azərbaycan tərəfi birgəyaşayışa maneə olan milli nifrət və düşmənçilik ritorikasından çıxış etməyərək humanist yanaşma nümayiş etdirməyə çalışır.
İndi Xankəndidə ciddi proseslər baş verir. Belə ki, separatçılar təlaş içərisindədirlər. Onlar anlayırlar ki, Azərbaycan dövləti gec-ya tez Xankəndini və ətraf rayonları tamamilə öz nəzarətiə alacaq. Xüsusilə son dövrlərdə ölkəmizin beynəlxalq normalara uyğun olaraq apardığı reinteqrasiya siyasətinin qarşısına heç bir tutarlı arqument qoya bilməmələri onları çıxılmaz vəziyyətə salıb.

