Bakıda şərab evinin qarşısında QANLI OLAY

Bakıda bıçaqlanma hadisəsi baş verib.

Ötən gecə Yasamal rayonu ərazisində – metronun “Elmlər Akademiyası” stansiyasının yaxınlığındakı şərab evinin qarşısında 1968-ci il təvəllüdlü Rövşən Mirzəyev bıçaqlanıb. Dava-dalaş zamanı 51 yaşlı kişinin döş qəfəsininə bıçaqla ağır zərbə endirilib.

Ürək nayihəsindən ağır xəsarət alan şəxs Kliniki Tibbi Mərkəzə çatdırılıb.

Faktla bağlı Yasamal rayon Polis İdarəsində araşdırmalara başlanılıb.

publika.az