Siyasət 

Mirzoyan: “İrəvan Bakıdan sülh müqaviləsi ilə bağlı şərhləri alıb” – YENİLƏNİB

“İrəvan sülh sazişinin bağlanması ilə bağlı təkliflərinə Bakıdan cavablar alıb, lakin mühüm məsələlərdə tərəflərin mövqeləri hələ də bir-birindən uzaqdır”.

Bunu Ermənistan Xarici İşlər Nazirliyinin rəhbəri Ararat Mirzoyan deyib.

“Biz əvvəllər sülh müqaviləsinin mətninə beşinci düzəliş paketini Azərbaycan tərəfinə təhvil vermişdik, elə dünən Bakıdan yeni təkliflər aldıq. Təəssüf ki, tərəflərin mövqelərində hələ də bir-birindən uzaq olan mühüm məsələlər var”, – deyə o, qeyd edib.

15:04

“Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında” saziş layihəsi ilə əlaqədar olaraq Azərbaycan tərəfi qısa müddət ərzində öz şərhlərini Ermənistan tərəfinə təqdim edib.

Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Ermənistan rəsmilərinin sülh sazişi ətrafında əsassız bəyanatları ilə bağlı suala cavab olaraq deyib.

O bildirib ki, Ermənistan mətbuatının yaydığı bu məlumatlar həqiqəti əks etdirmir və Ermənistan tərəfinin növbəti manipulyasiyasıdır.

Daha çox xəbərlər