Region Xəbərləri 

YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskayanın Hüseynalılar kənd ƏPT üzvləri ilə görüşü keçirilmişdir.

Hüseynalılar kəndinin mərkəzində keçirilən görüşdə F.Şadlinskaya xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən təməli qoyulan dövlətçilik siyasətinin hazırda onun layiqli varisi ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən danışmış, ölkəmizin inkişafı nəticəsində daha yüksək nəticələr, uğurlar əldə edildiyinii qeyd etmiş, Azərbaycanın regionda əsas söz sahibi olduğunu vurğulamışdır.
Fəqət Şadlinskaya Yeni Azərbaycan Partiyasının VII Qurultayından sonrakı dövrdə Partiyada aparılan islahatlar, görülən müsbət işlər barədə, ölkə Prezidenti, YAP-ın sədri, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin apardığı daxili və xarici siyasət, 44 günlük Vətən müharibəsindəki qələbə, müharibədən sonra aparılan məqsədyönlü siyasət, işğaldan azad edilmiş torpaqlarda aparılan nəhəng quruculuq işləri, böyük Dirçəliş hərəkatı, məcburi köçkünlərin doğma yurdlarına qayıdışı haqqında danışmişdır.
Görüşdə iştirak edənlərdən ƏPT sədri Ərşad Abdullayev, üzvlər İlqar Hüseynov, Məzahir Hacıyev, Rəmziyyə İmanova, Məlahət Kərimova və digərləri çıxış edərək bildirdilər ki, ölkəmizi Qələbədən Qələbəyə aparan cənab Prezident İlham Əliyevin ətrafında xalqımızın dəmir yumruq kimi sıx birliyidir və bu gün də bütün Azərbaycan xalqı cənab Prezidentə inanır, arxalanır və arxasında dayanır, bütün bu qazanılan möhtəşəm uğurlara və Qələbələrə görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya minnətdardırlar.
Görüş zamanı Fəqət Şadlinskaya kənd əhalisinin müraciətlərini dinlədi.

Daha çox xəbərlər