Hadisə 

Aprelin 14-də evdən çıxıb, geri qayıtmayıb

1970 -ci il təvəllüdlü İsmayıllı şəhər sakini Sənan İsmayılov aprelin 14-də yaşadığı
ünvandan çıxıb naməlum istiqamətdə gedərək itkin düşüb.

ARANTV.AZ  xəbər verir ki, evdən çıxanda əynində göy rəngli gödəkçə və cins şalvar, qara rəngli ayaqqabı
olub. Boyu 167 sm, gözlərinin rəngi qəhvəyidir.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və ya barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” xidmətinə, həmçinin İsmayıllı Rayon Polis Şöbəsinin 020-28-5-11-89 şəhər, (050) 280-45-00 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.milli.az

Daha çox xəbərlər