Albaniyada ard-arda altı zəlzələ: yaralılar var
Albaniyanın cənub-şərqində altı zəlzələ qeydə alınıb.
ARANTV.AZ trend-ə istinadən bildirir ki, zəlzələlər nəticəsində azı 5 nəfər xəsarət alıb.
Qeyd olunur ki, birinci zəlzələ Korça şəhərindən 15 kilometr məsafədə qeydə alınıb və 5,3 bal gücündə olub.
7 dəqiqə sonra Yunanıstanla Şimali Makedoniya sərhədində növbəti güclü zəlzələ baş verib. Bundan sonra Korça ətrafında daha 4 zəif yeraltı təkan qeydə alınıb.

