Fitr bayramın böyük ehtimalla ayın 5-ə təsadüf edəcək – rəy
Ayətullah Xameneinin dəftərxanası Fitr bayramının və şəvval ayının birinin böyük ehtimalla iyun ayının 5-ə təsadüf edəcəyini bildirib.
ARANTV.AZ xəbər verir ki, bu barədə Ayətullah Xameneinin dəftərxanasının “İstihlal” mərkəzinin sədri höccətül-İslam Fəzlullah Zakiri məlumat verib.
Bildirilib ki, sabah (həftənin ikinci günü, ayın 4-ə təsadüf edir) axşam şəvval ayının görünməsi asanlıqla mümkün olacaq. Bu isə o deməkdir ki, cari ayın 5-i böyük ehtimalla bayramdır.
Mənbə əlavə edib ki, sabah axşam Fitr bayramının ayının görünməsi üçün ölkənin müxtəlif bölgələrində 100-dən çox mütəxəssis qrupu iş başında olacaq.
Qeyd edək ki, Azərbaycanda da Qafqaz Müsəlmanları İdarəsi cari ayın beşini Fitr bayramı günü elan edib.
Xatırladaq ki, daha bir nüfuzlu mərceyi-təqlidlərdən olan ayətullah Sistaninin dəftərxanası da belə bir bəyanatla çıxış edib.İslam.az
