Öz parlaq ziyası ilə cəmiyyətə aydınlıq bəxş edən, ruhumuzu, beynimizi, könlümüzü nurlandıran…
YAP Bərdə rayon təşkilatının sədri:
Faqət Şadlinskaya:
Əziz, dəyərli, müqəddəs peşə sahibləri – müəllimlər! Bu bayram başqa bir bayramdır! Dünyanı mat və heyran qoyan böyük Zəfər tariximizin yazıldığı bugünlər bayramınıza ikiqat yox, on qat, yüz qat… bayram sevinci gətirib! Bugünlər yaşadığımız bu möcüzə ayların, günlərin, anların, böyük Qələbələrin sevincini xalqımiza bəxş edən mübariz, igid, qəhrəman oğullar, Vətənin dar günündə Müzəffər Ali Baş Komandan, xalqımızın sevimli övladı və rəhbəri cənab İlham Əliyevin ətrafında dəmir yumruq kimi birləşən, bütün dünyaya və düşmənə humanistlik dərsi keçən xalqımız ömür yollarının başlanğicinda sizdən dərs alıblar, sizdən tərbiyə götürüblər! Hər birimiz Sizlərə borcluyuq! Bayramınız, bayramlarınız mübarək olsun! Bütövləşən Vətənimiz bir daha müharibə yaşamasın!