Dünya 

Yaxın Şərqdə qanlı toqquşmalar: İtkilərlə bağlı SON MƏLUMATLAR – YENİLƏNİB

İsrail Səhiyyə Nazirliyinin verdiyi açıqlamaya görə, şənbə günü səhər HƏMAS ilə müharibə başlayandan bəri təxminən 800 israilli ölüb, 2506-si yaralanıb.

Məlumata görə, onlardan 23-nün vəziyyəti kritik ağır, 353-nin orta ağır, 486-nın orta ağır, 1243-nin isə yüngüldür.

Mənbə: Jerusalem Post

11:36

Ötən şənbə günü – oktyabrın 7-də Fələstinin Qəzza zolağından İsrailə raket zərbələri endirməsi ilə başlayan qarşıdurmada ölən və xəsarət alanlar haqqında son məlumat açıqlanıb.

İsrail tərəfindən ölənlərin sayı 700 nəfəri ötüb. İsrailin cənubunda musiqi festivalına gələn ən azı 260 ziyarətçi ölü tapılıb. Bundan başqa, ümumilikdə xəsarət alan israillilərin sayı 2382 nəfərə çatıb.

Qeyd edək ki, yüksək rütbəli zabitlər də daxil olmaqla 100-dən çox israillinin əsir götürüldüyü bildirilir.

Fələstin tərəfindən isə 436 nəfərin öldüyü, 2271 nəfərin yaralandığı barədə məlumat verilir.

Mənbə: RİA Novosti “Telegram” kanalı

Daha çox xəbərlər