Cəlilabadda avtomobil 7 yaşlı uşağı vurub
Cəlilabad rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
ARANTV.AZ-ın verdiyi məlumatına görə, hadisə Ocaqlı kəndində qeydə alınıb.
Belə ki, kənd sakini, 2012-ci il təvəllüdlü Nəzərov Yusif Çingiz oğlunu minik avtomobili vurub. Yaralı xəstəxanaya çatdırılıb və ona tibbi yardım göstərilib.
Faktla bağlı araşdırma aparılır.oxu.az

