ikimərtəbəli tikili yandı
Sumqayıt şəhərində ümumi sahəsi 2000 kv.m olan ikimərtəbəli tikilidə yanğın olub.
ARANTV.AZ Trend-ə istinadən xəbər verir ki, hazırda fəaliyyət göstərməyən tikilinin yanar konstruksiyaları 800 kv.m sahədə və dam örtüyü 400 kv.m sahədə yanıb.
Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

