Cəmiyyət 

Boşanma zamanı uşaq kiminlə qalmalıdır?

İslam şəriətinə görə, boşanma zamanı ailədə azyaşlı uşaq varsa, ana ilə qalması məsləhətdir.

Bəzi müctəhidlər qız uşağının yeddi yaşına kimi ana ilə qalmasını vacib bilirlər.

Bəziləri bunu ehtiyata əsasən, vacib sayırlar. Bəzi müctəhidlər isə uşağın cinsində fərq qoymadan, iki yaşına kimi körpəni anadan ayırmamağa fətva verirlər. Çünki övladın tərbiyəsi həm ataya, həm də anaya aid məsələdir. Alimlərin bəziləri bu zaman ananın ikinci dəfə ərə getməməsini şərt qoşurlar. Əgər ikinci dəfə ərə gedərsə, uşaq ata ilə qalır. (islam.az)

Daha çox xəbərlər