Kriminal 

Cəlilabadda bıçaqlanma

Cəlilabadda bıçaqlanma hadisəsi baş verib.

ARANTV.AZ trend-ə istinadən bildirir ki, avqustun 13-ü saat 12:00 radələrində Cəlilabad rayonunun Muğan kənd sakini 1987-ci il təvəllüdlü Filatov Yusif Sabir oğlu həmkəndlisi 1982-ci il təvvəllüdlü Əhmədov Vüsal Məhməd oğlunun işlətdiyi çayxananın girişində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı V.Əhmədova daxilə nüfuz edən kəsilmiş-deşilmiş xəsarət yetirib.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.1 (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb və Y.Filatovun tapılması istiqamətində istintaq əməliyyat tədbirləri həyata keçirilir.

Daha çox xəbərlər

Leave a Comment