Ceyhun Bayramov İsrail-Fələstin münaqişəsi ilə bağlı çıxış edib – YENİLƏNİB + FOTO
Azərbaycanı xarici işlər naziri Ceyhun Bayramov oktyabrın 18-də Səudiyyə Ərəbistanın Ciddə şəhərində İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv olan ölkələrin xarici işlər nazirlərinin fövqəladə iclasında hazırda davam edən İsrail-Fələstin münaqişəsinə dair çıxış edib.
XİN başçısı qeyd edib ki, Azərbaycan İsrail-Fələstin münaqişəsi zonasında baş verən son hadisələrdən və artan gərginlikdən dərin narahatdır.
C.Bayramov vurğulayıb ki, gərginlik azaldılmalı və hərbi əməliyyatlar dərhal dayandırılmalıdır.
15:22
Səudiyyə Ərəbistanının ikinci böyük şəhəri Ciddədə İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin xarici işlər nazirlərinin növbədənkənar iclası başlayıb.
“Report” xəbər verir ki, görüşün əsas məqsədi Yaxın Şərqdəki vəziyyəti, o cümlədən bölgədə mülki əhali üçün humanitar vəziyyəti müzakirə etməkdir.
İclasda Azərbaycanı xarici işlər naziri Ceyhujn Bayramov təmsil edir.
09:18
18 oktyabr 2023-cü il tarixində xarici işlər naziri Ceyhun Bayramov İsrail-Fələstin münaqişə zonasında baş verən son hadisələrlə bağlı İslam Əməkdaşlıq Təşkilatının İcraiyyə Komitəsinin nazirlər səviyyəsində keçiriləcək növbədənkənar iclasında iştirak etmək məqsədilə Səudiyyə Ərəbistanı Krallığının Ciddə şəhərinə səfərə yola düşüb.
Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, səfər çərçivəsində nazir Ceyhun Bayramovun tədbirdə çıxışı və ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur.

