Türkiyədə təyyarə qəzası – Ölən və yaralananlar var
Türkiyənin Antalya vilayətində təlim təyyarəsi qəzaya uğrayıb.
ARANTV.AZ trend-ə istinadən xəbər verir ki, hadisə nəticəsində bir nəfər həlak olub.
Daha iki nəfərin yaralandığı bildirilib. Yaralılar xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti ağır olaraq dəyərləndirilir.
Qəzanın səbəbləri barədə məlumat verilmir.

