“8 noyabr Zəfər günü”nə həsr olunmuş məktəb tədbiri
Çıxış edənlər bildiriblər ki, 27 sentyabr 2020-ci il tarixdə təcavüzkar Ermənistanın yenidən təxribatlara başlamasına cavab olaraq Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Ordumuz torpaqlarımızın işğaldan azad edilməsi, məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması üçün Vətən müharibəsinə başlayıb. 44 günlük hərbi əməliyyatlar nəticəsində müzəffər Azərbaycan Ordusu işğal altında olan torpaqlarımız azad etməklə təcavüzkar Ermənistanı kapitulyasiya aktını imzalamağa məcbur edib. Ali Baş Komandanın döyüş əmri ilə Azərbaycan Ordusu qəhrəmanlıq salnaməsi yazdı. Bu ədalətli savaşımızda hər biri bir qəhrəman olan oğullarımız Vətən torpaqlarının azadlığı uğrunda canından keçdi. Vətən Müharibəsində qabaqcıl hərbi texnikalardan məharətlə istifadə edən Azərbaycan Ordusu dünya hərb tarixində yeni səhifə yazdı. Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrilib.
Sonda məktəblilərin ifasında ədəbi bədii kompazisiya təqdim edilib.







