Region Xəbərləri Təhsil 

8 noyabr – Zəfər günü və 9 noyabr – Dövlət Bayrağı günü təntənəli şəkildə qeyd olunub+Fotolar

07.11.2023-cü il tarixdə A.Süleymanov adına Şorəlli kənd tam orta məktəbdə “Zəfər günü” və “Dövlət bayrağı günü” ilə əlaqədar tədbir keçirilib.Tədbir ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsinin yad edilməsi ilə başlayıb.

Şagirdlərin əllərində bayramla əlaqədar olaraq çəkilmiş şəkillər, bayraqlar və şəhidlərimizin şəkilləri olub. Şagirdlər Zəfər Günü və Dövlət Bayrağı Gününü əks etdirən şeirlər söyləyiblər. Çıxışları zamanı şagirdlər ulu öndər Heydər Əliyevin, Prezident İlham Əliyevin kəlamlarından sitat gətirərək tədbiri daha da təsirli ediblər.

Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

Daha çox xəbərlər