Gündəm 

Hər bir azərbaycanlı qürur hissi keçirir

Azərbaycan dövləti böyük inkişaf yolu keçərək tarixin müxtəlif sınaqlarından çıxmış və dünya dövlətləri sırasında öz layiqli yerini tutmuşdur. Azərbaycanın üçrəngli bayrağının dalğalanması, Vətənimizin adının hörmətlə çəkilməsi hər bir Azərbaycan vətəndaşını sevindiri və hər birimiz başa düşürük ki, ölkəmizin dünya səviyyəsində tanınmasında Ulu Öndər Heydər Əliyevin fenomenal xidmətləri əvəzsizdir. Həyatının mənasını Vətənə xidmətdə görən Ümummilli Liderimiz Azərbaycançılıq ideologiyasının formalaşmasında,xaricdə yaşayan soydaşlarımızın milli özünüdərketmə hisslərinin oyanışında,onları təşkilatlanmalarında  mühüm rol oynamışdır.

1993-cü ildən başlayaraq Ümummilli Liderimiz Heydər Əliyev xarici səfərləri zamanı həmvətənlərimizlə görüşlərində onları vahid ideya-azərbaycançılıq ideası ətrafında toplamağa çalışır. İdeyalar ilk növbədə tarixin dünya azərbaycanlılarına töhfəsi olan Azərbaycan Respublikasının müstəqilliyinin qorunmasına, dövlətimizin siyasi və iqtisadi baxımdan möhkəmləndirilməsinə, münaqişəsinin həllinə, torpaqlarımızın işğaldan azad edilməsinə istiqamətlənirdi.

Azərbaycanşılıq ideologiyasının əsasının əsasını qoymuş Ümummilli Lider Heydər Əliyev deyirdi: “İndi hər bir azərbaycanlı qürur hissi keçirdə bilər ki, mən azərbaycanlıyam,mənim millətim,mənim millətimin dövləti,ölkəm vardır.İsveçrədə,Almaniyada,Fransada yaşasam da fərqi yoxdur,mənim xalqımın müstəqil dövləti var və dünya xalqları içərisində yerim vardır. Azərbaycan xalqının əsrin sonunda əldə etdiyi ən böyük nailiyyət budur”

2001-ci il noyabr ayının 9 və 10 –da Bakıda keçirilən Dünya Azərbaycanlılarının I Qurultayında iştirak edərkən Ulu Öndər Heydər Əliyevin qurultayındakı dərin məzmunlu çıxışını xatırlayıram: “Sizdən çox şey tələb olunmur.Sadəcə,siz unutmamalısız ki,dünyada müstəqil Azərbaycan dövləti var. Unutmamalısız ki,bu torpaq bütün azərbaycanlıların doğma torpağıdır. Azərbaycanlı,bizim həmvətənimiz, həmyerlimiz gərək yaşadığı ölkənin vətəndaşlarına daim çatdırsınlar ki, bu gün Azərbaycan nədir, Azərbaycanının keçmişi nə olubdur, Azərbaycanın bu günü nədir, Azərbaycanın gələcəyi nədir!”

2006-cı ilin mart ayında Bakıda keçirilən Dünya Azərbaycanlılarının növbəti II Qurultayında Prezident İlham Əliyevin çıxışı milli həmrəylik yolunda proqram xarakterli bir nitq idi.  Bu gün hər bir azərbaycanlı əsası xalqımızın Ulu Öndəri tərəfindən qoyulmuş azərbaycançılıq ideologiyasına sadiq olmalı, müstəqil dövlətimizin inkişafı üçün əməyini əsirgəməyən Azərbaycan Respublikasının Prezidenti,Ali baş komandan İlham Əliyevin ətrafında sıx birləşməli və hər zaman Ümummilli Liderimizin bu sözlərini əsas tutmalıdırlar: “Heç vaxt fikirləşməyin ki, Vətən sizə nə verib.Həmişə özünüzdən soruşun ki,siz Vətən üçün nə etmişiniz”.

Ülkər İsmayılova,
YAP Xətai rayon təşkilatının “Rahib Məmmədov 18” ünvanı üzrə ərazi partiya təşkilatının üzvü

Daha çox xəbərlər