TÜKÜRPƏDƏN HADİSƏ! – Ata 16 yaşlı oğlunu cinayətə sövq edərək anasının qızıllarını… – FOTO
Azərbaycanda ata 16 yaşlı oğlunu cinayətə sövq etdi.
ARANTV.AZ xəbər verir ki, bunu Xəzər televiziyasında “Səni axtarıram” verilişinin aparıcısı Xoşqədəm Hidayətqızına müraciət edən 16 yaşlı Elvin Hüsynov açıqlayıb.
Elvinin sözlərinə görə, onun evdən qaçmağına səbəb atasının onu yalana məcbur etməsi olub:
“Anam martın 12-də rəhmətə gedib. Atam Hüseynov Nizami Qurban oğlu anamdan qalan qızılları satıb. Məni məcbur edir ki, xalamı şərləyim. Hamıya qızılları xalamın satdığını deyim. Məndə yalan danışmaq istəmirəm, heç kimə onun dediklərini demədim deyə məni evdən qovdu. Dörd gündür evdən çıxmışam. Atam evdədir. Ev anamın adınadır. Evi rəhmətlik dayım almışdı bizə. Bir bacım var, o atamın yanında qalıb. Bacım xəstədir, inkişafdan geri qalıb”.Sonxeber.az

