Nişanlısı ilə ayrılan gənc avtobus dayanacağında öz boğazını kəsdi – FOTO
Türkiyənin Samsun əyalətində Suat.B adlı gənc ayrıldığı nişanlısını görmək üçün gedib.
ARANTV.AZ unikal.org-a istinadən xəbər verir ki, o anidən ələ keçirdiyi bıçaqla avtobus dayanacağında boğazını kəsərək intihara cəhd edib. Ətrafdakılar qanlar içərisində yerə yığılan şəxsi görüb ilkin tibbi müdaxilə ediblər.
Gənc hadisə yerinə gələn təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb. Hadisəylə bağlı araşdırma aparılır.

