Cəmiyyət 

Lənkəranda tikintidə bədbəxt hadisə: Fəhlənin vəziyyəti ağırdır – FOTO

Lənkəran Peşə Liseyinin tikintisində bədbəxt hadisə baş verib.

“Report”un cənub bürosunun məlumatına görə, lisey üçün inşa olunan binada fəhlə kimi çalışan Bakı sakini, 1985-ci il təvəllüdlü Rəşid Şahbudaqov müvazinətini itirərək yerə yıxılıb.

O, dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlər onun vəziyyətini ağır qiymətləndirirlər.

Faktla bağlı araşdırma aparılır.

 

Daha çox xəbərlər