Gündəm 

Azərbaycan və Türkiyə azad edilmiş ərazilərdəki kiçik su elektrik stansiyalarını bərpa edəcək

“Azərbaycan Türkiyə ilə birlikdə işğaldan azad edilmiş ərazilərdəki 5 kiçik su elektrik stansiyasını (KSES) bərpa etməyi planlaşdırır”.

“Report” xəbər verir ki, bunu Bakıda keçirilən, ümummilli lider Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş Azərbaycan-Türkiyə İnvestisiya Forumunda iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

Onun sözlərinə görə, nazirliyə məxsus “Azərbaycan İnvestisiya Şirkəti” ASC qardaş ölkədən olan şirkətlərlə danışıqlar aparır və bu il 5 KSES-in bərpası layihəsi hazırlanıb:

“Bərpa işləri özəl investisiyalar hesabına həyata keçiriləcək”.

Daha çox xəbərlər